Kollecdə “Yeniyetmələr arasında ailə ənənələrinin möhkəmləndirilməsi, sağlam qidalanmanın təbliği” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova tərəfindən “Yeniyetmələr arasında ailə ənənələrinin möhkəmləndirilməsi, sağlam qidalanmanın təbliği” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Könül Manafova gənclər arasında ailə ənənələrinin qorunmasının əhəmiyyətindən, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrindən, sağlamlığın qorunması və sağlam qidalanmanın təbliğindən, narkotik və psixotrop maddələrin ziyanından, təhsildən yayınan hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizədən söhbət açaraq, tələbələri maraqlandıran sualları cavablandırdı.