Kollecdə “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda tedbir keçirildi.
23 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Afiq Məlikov tərəfindən “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Afiq Məlikov insan alverindən, ümumi formalarından, cəlbetmə yollarından, qurbanlarından, dövlət səviyyəsində bu çirkin alverə qarşı keçirilən mübarizə tədbirlərindən bəhs edərək bu vacib məsələ ilə mübarizə yolları, qurbana çevrilməmək üçün qorunma vasitələri haqqında məlumat verdi.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və “İnsan alverinə qarşı mübarizə “ adlı videoçarx nümayiş olundu.