Kollecdə 20 Yanvar hadisələrinin 35 illiyi ilə əlaqədar “20 Yanvar-Qan Yaddaşımız” adlı tədbir keçirildi.
17 Yanvar 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 20 Yanvar hadisələrinin 35 illiyi ilə əlaqədar “20 Yanvar-Qan Yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova 20 Yanvar faciəsindən, Ulu Öndər Heydər Əliyevin faciəyə siyasi-hüquqi qiymət verilməsindəki rolundan bəhs edərək “20 Yanvar”ın xalqımızın tarixinin yalnız faciəvi səhifəsi deyil, milli qürur tarixi olduğunu qeyd etdi. Çıxış edənlər “Tarix və sosial fənlər ”FBK–nın müəllimləri Ziya Əlinur (“Qanlı Yanvar hadisələri”), Ruslan Hüseynzadə (“20 Yanvar Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi”), Günəş Salayeva (“20 Yanvar faciəsinə beynəlxalq münasibət”) 20 Yanvar faciəsindən, onun tarixindən bəhs etdilər.
Sonda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Yanvar, Danışan talelər” adlı film təqdim olundu