Kollecdə “Şərabçılıq” mövzusunda tədbir keçirildi.
23 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Şərabçılıq” mövzusunda tədbir keçirildi. Tədbirdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhəmməd Əlizadə çıxış edərək Azərbaycanda şərabçılığın tarixindən, şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsindən, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsindən, müasir texnologiyalar əsasında qurulmasından, xammal təminatının yaxşılaşdırılmasından, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.