Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olundu.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 02 iyun 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən “Humanitar fənlər” FBK-nın müəllimləri tərəfindən dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edənlər Ülkər Bəşirova, Səidə Kazımova, Aytəkin Ağazadə Azərbaycan şairi, görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənin ədəbiyyatımızda və milli düşüncəmizin formalaşmasında oynadığı mühüm roldan, onun zəngin yaradıcılığından və vətənpərvərlik ideyalarından bəhs etdilər. Bildirdilər ki, Bəxtiyar Vahabzadə təkcə şeirlər yazan bir sənətkar deyil, xalqının ürəyindəki duyğulara səs verən bir müdrik, tarixin yaddaşında yaşayan bir ziyalı, vətən eşqini ilahiləşdirən bir söz ustadı idi. Onun yaradıcılığı və ideyaları bu gün də milli dəyərlərimizin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.

