Kollecdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirildi.
6 noyabr 2025-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirildi. Konfransda 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Təşkilat komitəsinin sədri, Kollecin direktoru Leyla İbrahimova 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm zəfərin dövlətçilik tariximizin ən şanlı səhifəsinə çevrilməsindən bəhs edərək, tədbir iştirakçılarını “Zəfər günü” münasibətilə təbrik etdi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (Qəhrəmanlıqla yazılan şanlı səhifə), “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Ziya Əlinur (Zəfərin geosiyası nəticələri və strateji hədəflər), Mələk Əhmədzadə (Qarabağda günəş yeniden doğdu) Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı böyük zəfərdən, əzəli və əbədi torpaqlarımızın düşmən tapdağından tam azad olunmasından, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabrın Azərbaycan Respublikasında “Zəfər günü” kimi təntənəli şəkildə qeyd edilməsindən bəhs etdilər. “Zəfər günü” nə həsr olunmuş videoçarx nümayiş olundu.

