Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ustad dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş Lənkəran Dövlət universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri f.ü.f.d Qədim Rufullayev tərəfindən ustad dərs keçirildi. Ustad dərsdə çıxış edən Qədim Rufullayev Bəxtiyar Vahabzadənin ədəbi irsindən, Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində tutduğu mövqedən, eləcə də vətənpərvərlik mövzusuna verdiyi dəyərli töhfələrdən bəhs etdi. Bildirdi ki, Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, həm də xalqının azadlıq səsini dünyaya çatdıran bir fikir adamı idi, onun yaradıcılığı Azərbaycan gəncliyi üçün hər zaman vətənə sevgi, mübarizlik və mənəvi saflıq məktəbidir.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.

