Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü təntənəli şəkildə qeyd edildi

Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü təntənəli şəkildə qeyd edildi

18 oktyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə başlandı. Tədbiri giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan  Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün kollecdə qeyd olunması ilə bağlı imzalanan əmr və təsdiq olunmuş tədbirlər planını bir daha diqqətə çatdırdı. Tədbirlər planına əsasən kollecin akademik qrupları arasında Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə bosketbol yarışı keçirilir,  18 oktyabr 2016-cı il tarixində, yəni bu gün  ilk dərslər Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilir. Sonra  kollecin tarix müəllimi, t.ü.f.d. Cəmil Quliyev “Müstəqilliyimiz əbədidir” adlı məruzə etdi. Məruzədən sonra kollecin müəllimi Sədaqət Axundova, kollec tələbə gənclər təşkilatının sədr müavini  Xəyalə Əlizadə çıxış etdilər. Tədbirin bədii hissəsində isə tələbələr Nərmin Məmmədzadə və Mədinə Hüseynzadə Dövlət müstəqilliyinə aid şerlər söylədilər.

dsc_0339dsc_0328 dsc_0340

dsc_0341 dsc_0349 dsc_0359 dsc_0365

dsc_0367 dsc_0372

Bir cavab yazın