Lənkəran Dövlət Humanitar Kollecində sonuncu kurs tələbələrinin pedaqoji təcrübənin başlanması ilə bağlı konfransı keçirildi
9 dekabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrinin başlanğıc konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov konfrans iştirakçılarını salamladı və bu işdə onlara uğurlar arzuladı. Direktor təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri bildirdi ki, bu il kollecin 2019–2020–ci tədris ilində əyani şöbənin Pedaqoji yönümlü ixtisasları üzrə 106 tələbə, qeyri pedaqoji ixtisaslar üzrə 96 tələbə və müsiqi şöbəsi üzrə 24 tələbə ümumilikdə 226 sonuncu kurs tələbəsi belə ki, ‘‘Təsviri incəsənət müəllimliyi‘‘ixtisası 17, ‘‘Texnologiya müəllimliyi‘’ ixtisasları 45, ‘‘Fiziki tərbiyə müəllimliyi‘‘ ixtisası 17, “Məktəbəqədər təlim və tərbiyə” ixtisası 27, Mühasibat uçotu ixtisası 31, Arxiv işi və kargüzarlıq ixtisası 24, kitabxana və informasiya ixtisası 18, “ Muzey işi” ixtisası 23 və musiqi şöbəsi üzrə 24 tələbə bu il təcrübəyə gedəcəklər. Tələbələr bu gündən başlayaraq 5 həftəlik müşahidə təcrübəsində iştirak edəcəklər. Bu təcrübələr Lənkəran şəhər 4 saylı, 10 saylı tam orta məktəbində və 9 saylı körpələr evi uşaq baxçasında keçiriləcəkdir. Konfransda təcrübəçi tələbələr, metodist və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı, əvvəlki illərdə keçirilən təcrüblərdən fotoşəkillər və video kadrlar nümayiş edildi. Sonda direktor dos. Ruslan Həmidov təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.
Sevər Əhmədova
Kollecin təcrübə rəhbəri