Kollecdə “Elimizin fəxri,dünya şöhrətli,təbiətşünas alim-müdrik insan “ mövzusunda tədbir keçirildi.
13 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan alimi , ictimai-siyasi xadim Akademik Həsən Əliyevin 116-cı il dönümü ilə əlaqədar “Elimizin fəxri, dünya şöhrətli, təbiətşünas alim-müdrik insan “ mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Ekologiya və təbii sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Bəxtiyar Hüseynov çıxış edərək Həsən Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan təbiətinə vurğunluğundan, zənginliyindən və yazdığı dünya şöhrətli elmi əsərlərindən, monoqrafiyalarından söhbət açaraq tələbələri maraqlandıran sualları cavablandırdı.Tədbirin sonunda Həsən Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.