Kollecdə Pedaqoji Şuranın iclası keçirildi.
22 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın 2023/2024-cü tədris ilinin sonuncu iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Pedaqoji Şurada ilkin olaraq 2023/2024-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, kollokviumların yekun nəticələri barədə tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi məlumat verdi. Açıq dərslərin keçirilməsinin vəziyyəti haqqında Metodşuranın sədri Mirvari Səmədova məlumat verdi. Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu. Sonda Kollecin direktoru Leyla İbrahimova qarşıda gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Şura üzvlərini təbrik etdi. Bildirək ki, bayram münasibəti ilə Kollecin hər bir üzvünə pul mükafatı ayrılmışdı.