Kollecdə Pedaqoji Şuranın iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranın iclası keçirildi.

06 fevral 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Pedaqoji Şurada ilkin olaraq 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi məlumat verdi. 2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında şöbə müdirlərinin çıxışı dinlənildi. Buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti haqqında Zəka Mehrəliyev çıxış edərək Təcrübələrin təşkili ilə əlaqədar təcrübə bazaları ilə müvafiq danışıqlar aparıldığını bildirdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.

Добавить комментарий