Kollecin buraxılış kursları üzrə “Pedaqoji” və “İstehsalat” təcrübəsinə start verildi.
16 fevral 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin buraxılış kursları üzrə müvafiq olaraq “Pedaqoji” və “İstehsalat” təcrübəsinə start verildi. Bununla əlaqədar tələbələrlə görüş keçirilmiş, müvafiq tapşırıq və tövsiyyələr verilmişdir. Təcrübənin daha effektiv və mütəşəkkil təşkilindən ötrü bir neçə qabaqcıl müəssisə və təşkilatlarla müqavilə bağlanmışdır.