Kollecdə maarifləndirici tədbir keçirildi.

Kollecdə maarifləndirici tədbir keçirildi.

21 fevral 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan “İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi”nin əməkdaşları Ülvi Zeynalovun və Günel Əfəndiyevanın iştirakı ilə “İnsan alverinin uşaqlara xas aspektləri və uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər potensial təhlükə altında olan insanlar arasında məlumatlılığın artırılması, bu istiqamətdə müvafiq tədbirlərin görülməsindən, insan alveri qurbanlarına fiziki və psixoloji reabitasiya məsələlərindən bəhs etdilər. Sonda maarifləndirici videoçarx nümayiş olunaraq tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий