Lənkəranda “26 Fevral – Xocalı Soyqırımı”nın 32-ci ildönümünə həsr olunmuş gənclər arasında voleybol üzrə turnir keçirildi

Lənkəranda “26 Fevral – Xocalı Soyqırımı”nın 32-ci ildönümünə həsr olunmuş gənclər arasında voleybol üzrə turnir keçirildi

24-25 fevral 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran OİK-nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş gənc oğlanlar arasında voleybol üzrə turnir keçirildi.
Xocalı soyqırımı qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səslənilib.
LARGİİ-nin əməkdaşı çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən turnirdə gənclərdən ibarət 6 komanda olmaqla 60 nəfər gənc iştirak edib.
Gərgin və maraqlı anlarla yadda qalan turnirdə 🥇yeri Lənkəran komandası, 🥈yeri GİKM komandası və 🥉yeri LDU-nin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin komandası qazanıb.
🏆Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom, medal və kuboku təqdim olunub.

Добавить комментарий