Kollecdə “Antinarkomaniya” mövzusunda xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tədbirlər planına əsasən “Antinarkomaniya” mövzusunda xüsusi dərs keçirildi. “Təbiyyat fənləri” FBK-nın müəllimi Naibə Ələsgərova çıxışında bildirdi ki, müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnmısinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” adlı videoçarx nümayiş olundu.