Kollecdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ,Həzi Aslanov Ev Muzeyinin birgə təşkilatçılığı ilə və Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.Tədbirdə çıxış edənlər narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlardan, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.