Kollecdə xüsusi dərs keçirildi.
4 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iş planı və kollecin tədbirlər planına əsasən “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində bəşəriyyətin ağ ölümü “ mövzusunda xüsusi dərs keçirildi. “Təbiyyat fənləri” FBK-nın müəllimi Yeganə Nuriyeva çıxış edərək bildirdi, cəmiyyətdə ağ ölüm kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilmişdir. Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsini nəzərə alaraq, dünyanın bir çox ölkələri “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edir. Bu proqramlar təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyaya qarşı tədbirlər görülməsinə kömək edir. Məhz bu səbəbdən hər bir vətəndaş bu bəlaya qarşı qətiyyətlə mübarizə aparmalı, gənclərdə sağlam və güclü, psixoloji mühitin formalaşmasına yardımçı olmalıdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Bəşəriyyətin ağ ölümü” adlı videçarx nümayiş olundu.