Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
16 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Pedaqoji Şurada ilkin olaraq “Dövlət proqramları”nın icrası ilə bağlı görülən işlər haqqında Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva məlumat verdi.
Kollecin kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında kitabxana müdiri vəzifəsini icra edən Rəvanə Salayevanın məlumatı dinlənildi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.