“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə maarifləndirici kampaniya və təmiz ətraf mühit barədə müsabiqə təşkil olunmuşdur.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev, “Aqrar və ekoloji fənlər “FBK-nın müəllimi Asya Abbasova, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının buraxılış kurs tələbələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı “Şəhərimizi təmiz saxlayaq” devzi ilə Xəzər dənizinin sahilində iməclik həyata keçirilmişdir. İməclik zamanı ətraf məişət və plastik tullantılardan təmizlənmişdir.