Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən “İqlim dəyişikliyi və COP29 “ mövzusunda maarifləndirici tədbir keçirildi.
24 aprel 2024-cü il tarixində Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin 1 saylı Nasos Stantiyasında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının buraxılış kurs tələbə və müəllimlərinin, Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin 1 saylı Nasos Stantiyasının sahə rəisi Şahin Nəsirovun iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən “İqlim dəyişikliyi və COP29 “ mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər yuxarı su ehtiyatlarının səmərəli və inteqrasiyalı idarə edilməsinin vacibliyinə diqqət çəkərək gələcək mütəxəssislərin bu məsələni fəaliyyətlərində prioritet istiqamət olaraq nəzərə almalarını tövsiyyə etdilər. Məlum olduğu kimi respublikamız bu il COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edəcək. Bu halda iqlim dəyişmələrinin su ehtiyatlarına mənfi təsirinin fəsadlarının aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlər planının icrasında yaxından iştirak etmək hər bir vətəndaşın borcudur.