Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirildi.

Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi  masa keçirildi.

07 may 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, “Ətraf mühitin mühafizəsi və bərpası”, “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisaslarının buraxılış kurs tələbələri və metodistlərin iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər Əkbərova Nərgiz və Abbasova Asya qlobal iqlim dəyişmələri və bu dəyişmələrin fəsadlarının Azərbaycanda təzahürü fonunda ölkədə görülən tədbirlər barədə məlumat verərək bildirdilər k, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bu tədbirlər çərçivəsində həyata keçirilən mühüm amillərdən biridir.

Добавить комментарий