Kolllecdə “Ətraf mühitin qorunması” mövzusunda mühazirə keçirildi.

Kolllecdə “Ətraf mühitin qorunması”  mövzusunda mühazirə keçirildi.

16 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Arqar və ekoloji fənlər” FBK-nın müəllimləri Nahid Əzizli və Muhəmməd Əlizadənin iştirakı ilə “Ətraf mühitin qorunması” mövzusunda mühazirə keçirildi. Çıxış edənlər bildirdilər ki, kənd təsərrüfatının başda ərzaq təhlükəsizliyi olmaqla insanların təməl ehtiyatlarını qarşılayan bir sektor olaraq strateji önəmə malik olduğundan, kənd təsərrüfatı istehsalının birbaşa gübrələrin tətbiqi şərtlərinə bağlı olması onun gübrələnməsinin müxtəlifliyi qarşısında ən həssas sektor olduğundan, “Yaşıl gübrələr”in ətraf mühitin mühafizə olunmasında tətbiq olunan effektiv vasitə kimi dəyərləndirildiyindən bəhs edərək bildirdilər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldi.

Добавить комментарий