Kollecdə “Yaşıl iqtisadiyyat, dayanıqlı inkişafa gedən yol” mövzusunda dəyirmi masa keçirildi.
15 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi, “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Zəka Mehrəliyevin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl iqtisadiyyat, dayanıqlı inkişafa gedən yol” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər bildirdilər ki, “Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan, onun əsas komponentlərindən olan “Yaşıl biznes müəssisələri” qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssisələrdir.
İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl texnologiya”ların tətbiqindən, təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə işləyən texnologiyalardan bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.