Kollecin məzunları ilə tələbələrin görüşü baş tutdu.
17 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Kollecin məzunları- Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin texnologiya müəllimi Dünya Veysəlova, Masallı rayon Dəmirçi kənd orta məktəbinin ibtidai sinif müəllimi Leyla Qarazadə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əyyub Türkay ilə tələbələrin görüşü baş tutdu. Görüşdə çıxış edən məzunlar Kolleclə bağlı xatirələrini danışaraq, uğurlu karyera pillələrində kollecin rolundan bəhs edərək peşə, təcrübə bacarıqlarını tələbələrlə bölüşüblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. Sonra məzun Dünya Veysəlova və Əyyub Türkay müəllifi olduqları kitabları kollecin direktoru Leyla İbrahimovaya təqdim edərək xatirə şəkli çəkdiriblər.