Kollecdə “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı” maarifləndirici tədbir keçirildi.

Kollecdə “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı”   maarifləndirici tədbir keçirildi.

17 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin tədbirlər planına əsasən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva və Mülki Müdafiə Qərargah Rəisi Sahil Quliyevin iştirakı ilə “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı” maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər bildirdilər ki, belə tədbirlərin həyata keçirilməsində məqsəd tələbələrin təbii və texnogen xarakterli (suda boğulma ) fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi, belə vəziyyətlər zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.
Sonda “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı” videoçarx nümayiş olundu.

Добавить комментарий