Kollecdə Pedaqoji Şuranın iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranın iclası keçirildi.

20 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Kollec üzrə “Kollokviumların gedişi, yaz semestrinin imtahan sessiyasının hazırlığın vəziyyəti” haqqinda tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi , “Kollecin buraxılış kurs tələbələrinin Dövlət Attestasiyasına buraxılmaları” haqqında tədris şöbə müdiri İlahə Əyyubova, “Açıq dərslərin keçirilməsinin vəziyyəti” haqqında Metodşuranın sədri Mirvari Səmədova məlumat verdilər.
Sonda Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.

Добавить комментарий