Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı konfrans keçirildi.
22 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” və “İqtisadiyyat fənləri” FBK-nın müəllimləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı konfrans keçirildi. Çıxış edənlərdən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Nahid Əzizli (Ulu Öndər Heydər Əliyev və Cənab İlham Əliyevin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi töhfələr, “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi (Ağıllı şəhər” və “ yaşıl enerji “ konsepsiyaları, Azərbaycanda yaşıl iqtisadiyyatın təməl elementləri kimi), “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Zəka Mehrəliyev (Yaşıl İnvestisiya), “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhəmməd Əlizadə (Ölkəmizdə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi yolları), “Aqronomluq” ixtisasının tələbəsi Güldanə Əliyeva (Torpaqların pestisidlərlə çirklənməsi və qarışısının alınması yolları), “Aqronomluq” ixtisasının tələbəsi Turanə Bəşirova (Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri. Gübrələrlə çirklənmənin neqativ nəticələri), “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının tələbəsi Aysu Hüseynli (İşğal altında olan torpaqlarda törədilmiş ekoloji terror), “ Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının tələbəsi Nazlı Müseyibova (Torpaq eroziyası və ona qarşı tətbiq olunan mübarizə tədbirləri) bildirdilər ki, “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunmasından, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, düşmənin vandalizminə məruz qalmış təbiətin bərpa edilməsindən, “Ağıllı şəhər” və “ağıllı kənd”lərdə “yaşıl” iqtisadiyyat və “yaşıl” istehsaldan, təbiətin qanunlarını nəzərə alan, ətraf mühitə heç bir mənfi təsir göstərməyən və təbii ehtiyatlardan səmərəli və yüksək qənaətlə istifadə edən insanın sənaye və kənd təsərrüfatındakı fəaliyyətindən bəhs etdilər.