Kollecdə 28 May-Respublika Günü münasibətilə dəyirmi masa keçirildi.

Kollecdə 28 May-Respublika Günü münasibətilə dəyirmi masa keçirildi.

27 may 2024-cü il tarixində Lənkətan Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 28 May-Respublika Günü münasibətilə “Tarix və sosial fənlər” FBK tərəfindən dəyirmi masa keçirildi. Tədbirdə “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (Azərbaycan Xalq Cümhuriyyətinin və onun yaranmasında üzləşdiyi çətinliklər barədə Heydər Əliyevin fikirləri), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Şəmmədli Nazənin (Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günəş Salayeva (Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Bağırova Sevinc (Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli yaradıcıları) mövzusunda çıxış edərək bildirdilər ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını Ümummilli Lider Heydər Əliyev yaradıb. Hazırda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan xalqını daha gözəl iqtisadi, mədəni və sosial gələcəyə aparır.
Sonda “28 May Respublika Günü” ilə bağlı videoçarx nümayiş olundu.

Добавить комментарий