Kollecdə “İqlim dəyişikliyi və COP29” mövzusunda mühazirə dinlənilmişdir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyevin “İqlim dəyişikliyi və COP29” mövzusunda mühazirəsi dinlənildi. Tədbirdə Cavidan Əliyev çıxış edərək cari ildə ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının tarixindən, əhəmiyyətindən, tədbirin möhtəşəmliyindən, UNFCCC ölkələri qlobal iqlim dəyişikliyi problemi ilə bağlı elmi araşdırmaları davam etdirməyə, müntəzəm görüşlər və danışıqlar yolu ilə ekosistemlərin təbii olaraq yeni iqlim şəraitinə uyğunlaşa bilməsi, ümumi ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişafın davamlı olacağı planları və siyasətlər hazırlamağa çağırdığı haqqında məlumat verdi.
Tələbələri maraqlandıran suallar cavablandırıldı.