Dövlət Arxivinin Lənkəran filialında “Azərbaycanda arxiv işinin inkişafı” mövzusunda tədbir keçirildi.
12 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Dövlət Arxivinin Lənkəran filialında təcrübədə olan “Kargüzarlıq və arxiv işi” ixtisasının buraxılış kurs tələbələri və metodistləri Məsmə Mikayılova, Məsmə Həsənova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, Dövlət Arxivinin Lənkəran filialının Arxivçisi Afaq Hüseynovanın iştirakı ilə “Azərbaycanda arxiv işinin inkişafı” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Afaq Hüseynova arxivdə sənədlərin saxlanmasından, sənədlərin qorunması üçün nisbi rütubətlilik qaydalarına, günəş şüalarının sənədlərin üzərinə düşməsinə ciddi riayət edilməsindən, arxivləşdirmə, arxiv işi və qaydaları haqqında ətraflı məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin fərmanına əsasən sənədlərin elektronlaşması prosesinə başlanmış və bu iş yüksək səviyyədə yerinə yetirilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı