Kollecdə “Azərbaycan dilinin saflığı” mövzusunda tədbir keçirildi.
12 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova tərəfindən “Azərbaycan dilinin saflığı” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər Azərbaycan dilinin özünəməxsus qrammatik quruluşundan, ana dilinin inkişafında bədii ədəbiyyatın rolundan, söz ustadlarının dilimizə verdiyi dəyərdən, zəngin fikir ifadəetmə imkanlarından söhbət açaraq, Ümummilli Lider Heydər Əliyevin dilimizə qayğısından, ölkə başçısı İlham Əliyevin ana dilimizin inkişafında uğurlu fəaliyyət istiqamətindən bəhs etdilər. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı