Kollecdə “Şuşa şəhəri” mövzusunda tədbir keçirildi.
13 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və Sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə tərəfindən “Şuşa şəhəri” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Mələk Əhmədzadə Şuşa şəhərinin yaranma tarixindən, onun qurucusu Pənahəli Xandan, Şuşanın strateji coğrafi mövqeyindən, mövcud olan tarixi abidələrindən, görkəmli xadimlərindən, Şuşa şəhərinin məruz qaldığı hücumlardan bəhs edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğuladı. Sonda “Şuşa şəhəri” adlı videoçarx nümayiş olundu.