Kollecdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində seminar keçirildi.
13 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günəş Salayeva tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Günəş Salayeva Naxçıvan diyarının Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutduğundan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığından, Naxçıvan şəhərinin Azərbaycan Atabəyləri–Eldəgizlər dövlətinin paytaxtı olduğundan, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapdığından, əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verdiyindən bəhs edərək bildirdi ki, 100 yaşı olan qədim diyarımız Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək.
“Naxçıvanın 100 illiyinə” həsr olunmuş videoçarx nümayiş olundu.