Kollecdə “15 iyun Qurtuluş günü” münasibətilə dəyirmi masa keçirildi.

Kollecdə  “15 iyun Qurtuluş günü” münasibətilə dəyirmi masa keçirildi.

14 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Günel Abdullayeva, Nazənin Şəmmədli, Sevinc Bağırova tərəfindən “15 iyun Qurtuluş günü” münasibətilə dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər hər il təntənə ilə qeyd etdiyimiz 15 iyun Qurtuluş gününü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gün olduğundan, həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başladığından, Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlindən bəhs edərək bildirdilər ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ulu Öndər Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynamışdır. Sonda “15 iyun Qurtuluş günü” münasibətilə videoçarx nümayiş olundu.

Добавить комментарий