Kollecdə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Salayeva Günəş, Bağırova Sevinc tərəfindən “İnsan hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbir və islahatlardan, gender bərabərliyindən və qadın hüquqlarından, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etməkdən bəhs edərək bildirdilər ki, insan hüquqları haqqında öhdəliklərə riayət etmək və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.