Müasir təlim texnologiyalarınin tətbiqi
20 dekabr 2016-cı il tarixində “Mühasibat uçotu” ixtisasının III kursunda “Vergi sistemi” fənnindən müəllim Şəlalə Bədəlovanın “Vergi borclarının ödənilmə mexanizmi” mövzusunda açıq dərsi keçirildi. Müasir təlim texnologiyaların tətbiqi ilə keçirilən dərsdə tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, şöbə müdiri Bəyəli Rüstəmov, tədris hissə müdiri İlahə Əyyubova, FBK sədri Qətilə Şükürova və 9 müəllim iştirak edirdi.