Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümü qeyd edildi
18 oktyabr 2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlandı. Tədbiri giriş nitqi ilə açan kollecin direktoru dosent Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünün kollecdə qeyd olunması ilə bağlı tərtib olunmuş tədbirlər planını bir daha diqqətə çatdırdı. Sonra kollecin müəllimi, t.ü.f.d, Cəmil Quliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” adlı məruzəsi dinlənildi. Məruzədən sonra kollecin müəllimi Nahidə Cəfərova, II kurs tələbələri Zeynəb Hüseynli və Ləman Seyfullazadə çıxış etdilər. Sonda Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş videofilm nümayiş olundu.