Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirildi

Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirildi

8 noyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirildi.Tədbiri  kollecin direktoru Ruslan Həmidov açıq elan etdi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Dövlət Bayrağını təntənəli şəkildə zala gətirildi. Direktor giriş nitqində kollec əməkdaşları və tələbələri Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2009-cu ilin noyabrında imzaladığı sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Məruzə üçün söz kollecin İqtisadiyyat və idarəetmə FBK-nın sədri Qətilə Şükürovaya verildi. Məruzəçi qürur mənbəyimiz olan Dövlət Bayrağı haqqında ətraflı məruzə etdi. Təbrik üçün Pedaqogika və psixologiya FBK-nın sədri Nahidə Cəfərovaya, müəllim Ruhəngiz Məhərrəmovaya, kollec TGT-nın sədr müavini Xəyalə Əlizadəyə və I kurs tələbəsi Sumarə Bağırzadəyə söz verildi. Çıxışlardan sonra Dövlət Bayrağı ilə bağlı video film nümayiş edildi. Tədbir tələbələr Fəridə Fərəcova, Nərmin Məmmədzadə və Ləman Seyfullazadənin Dövlət Bayrağı haqqında şerlər söyləməsilə başa çatdırıldı.

 

dsc_0437dsc_0435dsc_0448dsc_0456dsc_0479dsc_0480dsc_0485dsc_0490dsc_0491dsc_0500dsc_0505dsc_0511

Bir cavab yazın