Gənc pianoçuların III respublika müsabiqəsinin laureatı Sənubərxanım Əlizadənin sola konserti keçirildi
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gənc pianoçuların III respublika müsabiqəsi”nin Beynəlxalq Muğam mərkəzində baş tutan yekun konsertində Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin “Fortepiano” ixtisası üzrə III kurs tələbəsi Əlizadə Sənubərxanım Cəmil qızı III dərəcəli diplomla, kollecin müəllimi İradə Salamova isə müsabiqəyə müvəffəqiyyətlə tələbə hazırladığına görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanıyla təltif olunmuşlar. Bu münasibətilə kollecdə “Gənc pianoçuların III respublika müsabiqəsi”nin laureatının solo konserti keçirildi. Konsertdə kollecin direktoru Ruslan Həmidov, Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev, “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli çıxış edərək Sənubərxanım Əlizadəni və onun müəllimi İradə Salamovanı təbrik etdilər və onlara daha böyük uğurlar arzuladılar.