8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

7 mart 2017–ci ildə Lənkəran Dövlət Humanitar Kollecində 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə direktor Ruslan Həmidov açaraq qeyd etdi ki, indi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi. Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdn çıxış edir. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların təbliğatçısına çevrilən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı. Onun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır. Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. Dünyanın bir çox ölkələrində, Azərbaycanda olduğu kimi Kollecimizdə də 8 mart Beynəlxalq Qadınlar günü sevilən bayramlardandır. Kollecimizin qadın əməkdaşları hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Onlar kollecn fəaliyyətində əhəmiyyətli rol oynayırlar. Direktor çıxışının sonunda bayram münasibətilə kollecin qadın əməkdaşlarına 40 manat məbləğində pul mükafatının verilməsi haqqında əmr imzaladığını bildirərək onları bayram münasibətilə bir daha təbrik etdi. Daha sonra “Pedaqoji” şöbənin müdiri Bəyəli Rüstəmov çıxış edərək müəllimələri təbrik etdi onlara gələcək işlərində uğurlu günlər arzuladı. Daha sonra “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli kollecin bütün qadın əməkdaşlarının 8 Mart Qadınlar bayramını, yel çərşənbəsini və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Tədbirin aparıcıları “Arxiv işi və kargüzarlıq” ixtisasının III tələbələri Əliyev İsa və Zeynullazadə Aytac bədii hissə ilə tədbiri davam etdirdilər. İlk öncə 8 mart Qadınlar bayramı münasibətilə I kurs tələbəsi Bağırzadə Sümarə çıxış edərək bütün anaları və əziz müəllimələrini təbrik etdi. Çıxışdan sonra musiqi nömrəsi ilə Kollecin “Musiqi və təsviri incəsənət” şöbəsinin “Xalq çalğı alətlləri” ixtisasının II kurs tələbəsi Əhmədov Fərhadın fortepianoda müşayəti ilə II kurs “Xanəndəlik” ixtisası üzrə tələbəsi Cavid Dadaşovun Ana haqqında mahnısı dinləyicilərin könlünü oxşadı. Kollecin “Məktəbəqədər təlim tərbiyə” ixtisasının I kurs tələbələri Seyfullazadə Ləman və Hüseynli Zeynəb ana haqqında şerlər söylədilər. Tədbirin sonunda TGT tərəfindən hazırlanmış kollecin qadın əməkdaşlarına həsr edilmiş musiqili videoçarx nümayiş olundu. Videoçarxın hazırlanmasında göstərdiyi köməkliyə görə Kollecin III “Arxiv işi və kargüzarlıq” ixtisasının III kurs tələbələri Axundzadə Gülşən, Məmmədzadə Aysu və İsmayılzadə Aytaca minnətdarlıq bildirildi.

DSC_0266 DSC_0278 DSC_0285DSC_0289DSC_0293DSC_0305DSC_0318DSC_0321DSC_0331

Bir cavab yazın