Lənkəran Dövlət Humanitar Kollecinə tələbə qəbulu planı və qeydiyyat qaydaları.

Lənkəran Dövlət Humanitar Kollecinə tələbə qəbulu planı və qeydiyyat qaydaları.

Lənkəran Dövlət Humanitar Kollecinə subbakalavr pilləsi üzrə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. 2016/2017-ci tədris ili üçün Lənkəran Dövlət Humanitar Kollecinə tələbə qəbulu planı və qaydaları, qeydiyyatdan keçmək üçün lazım olan sənədlərin siyahısı və s. məsələlərlə bağlı…  

                                                                               AZƏRBAYCAN RESPUBLİKASI

Təhsil Nazirliyi 

2016/2017-cı tədris ili üçün Lənkəran Dövlət Humanitar Kollecinin Subbakalavr pilləsinə tələbə qəbul planı

(9-illik)

İxtisasın şifri İхtisаslаr Təhsilhаqqı

(mаnаtlа)

1. 592448 Fiziki tərbiyə müəllimliyi(ümumi orta təhsil bazası üçün) 800
2. 592415 Texnologiya müəllimliyi 800
3. 592456 Təsviri incəsənət müəllimliyi 800
4. 592431 Kitabxana informasiya təminatı 600
7. 592472 Xor drijorluğu 600
8. 592489 Musiqi nəzərriyyəsi 600
9. 592464 İnstrumental ifaçılıq (alətlər üzrə) 800
10. 592497 Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə) 600
11. 592423 Məktəbəqədər təlim tərbiyə 800

(11 illik)

İxtisasın şifri İхtisаslаr Təhsilhаqqı

(mаnаtlа)

1 492423 Arxiv işi və kargüzarlıq  
2. 492415 Texnologiya müəllimliyi 800
3. 492464 Xor drijorluğu 600
4. 492472 Musiqi nəzərriyyəsi 600
5. 492448 İnstrumental ifaçılıq (alətlər üzrə) 800
6. 492489 Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə) 600
7. 492431 Mühasibat uçotu 800
8. 492456 Xanəndəlik 600

ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ   TƏQDİM ETMƏLİDİRLƏR:

2016/2017-ci tədris ili üçün ümumi orta və tam (9-11 illik) təhsil bazasındanLənkəran Dövlət Humanitar    Kollecinə qəbul olunanlar qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər təqdim etməlidirlər.      

  1. Qəbulda istifadə olunan qeydiyyat vərəqəsi (iş nömrə, şifrə və bal cədvəli)
  2. Atestat və ya şəhadətnamənin əsli
  3. Altı ədəd foto şəkil (3×4 sm)
  4. Şəxsiyyət vəsiqəsinin surəti
  5. Ödəniş qəbzinin əsli və 2 ədəd surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün)
  6. Tibbi arayış (yaşadığı ərazidən) (Forma 086)
  7. Müqavilə formasının doldurulması

Qeyd: Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
Sənədlərin qəbulu TQDK tərəfindən müəyyən olmuş müddət (şənbə və bazar günləri istisna olmaqla) saat 9/00 -17/00–dək keçiriləcəkdir.

   TƏHSİL HAQQINDAN AZAD OLUNMA  HÜQUQUNA  MALİK OLANLAR AŞAĞIDAKI ƏLAVƏ SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR.

  1. a) Məcburi köçkünlər.
  2. Abituriyentin məcburi köçkünlük haqqında vəsiqəsi və surəti.
  3. b) Şəhid ailələri.

1.Şəhidlik haqqında vəsiqə və surəti

2.Doğum haqqında şəhadətnamə və surəti.

  1.        c) Valideyn himayəsindən məhrum olanlar.

       1.Valideynlərin ölüm haqqında şəhadətnaməsi.

  1. Abituriyentin doğum haqqında şəhadətnaməsi.

Bir cavab yazın