Lənkəran Dövlət Humanitar Kollecində Novruz bayramı ilə bağlı tədbir keçirildi…
17.03.2016 – ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Novruz bayramı ilə bağlı tədbir keçirildi. Kollecin direktoru Ruslan Həmidov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırlatdı. Direktor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışdı. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor Ruslan Həmidov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə etdi.
Kollecin həyətində möhtəşəm Novruz tonqalı alovlandırıldı, tələbələr tonqal ətrafında dövrə vurdular “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar etdilər.
Daha sonra kollecin müəllim və tələbə heyyəti birlikdə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə baş cəkdilər. Tələbələr tərəfindən hazırlanmış bayram xonçaları uşaqların bayram sevincini qat-qat artırdı. Uşaqlar Novruz Bayramında onlar üçün hazırlanmış bayram süfrəsinə əyləşdilər. Tədbirdə kollecin musiqi şöbəsinin tələbələri bir-birindən gözəl mahnı və rəqslər ifa etdilər. İştirak edən qonaqlar uşaqları Novruz Bayramı münasibətilə təbrik etdilər, onlara daim bahar təravətli, sağlam və xoşbəxt olmağı arzuladılar.