Müavinlər
Kollecin tərbiyə işləri üzrə direktor müavini Rzayeva Ülviyyə Əlihüseyn qızı.
Rzayeva Ülviyyə Əlihüseyn qızı 1969-cu il may ayının 8-də Lənkəran Şəhərində anadan olmuşdur.1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1986-cı ildə həmin məktəbi bitirmişdir.1986-cı il sentyabr ayından,1987-ci il iyun ayına kimi Lənkəran konserv kombinatında fəhlə işləmişdir.1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər instituna daxil olmuşdur.1992-ci ildə həmin institun “İngilis və fransız dili müəllimi” ixtisasını bitirmişdir.Həmin il Lənkəran şəhər 7 saylı orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.2000-ci ildən isə əsas müəllim kimi fəaliyyətə başlamışdır.İşlədiyi müddət ərzində kollecin ictimai işlərində fəal iştirak etmişdir.Yapın üzvüdür.2012-ci ilin oktyabr ayından kollecin tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.Kollecin rəhbərliyi tərəfindən 30 dekabr 2012-ci il tarixində “Fəxri Fərmanla” təltif olunmuşdur.
Ailəlidir,iki övladı var.
Kollecin təsərrüfat işləri üzrə direktor müavini Qurbanov Emil Sənan oğlu.
Qurbanov Emil Sənan oğlu 1987-ci il fevralın 14-də Astara rayonunun Tüləguvan kəndində anadan olmuşdur. 1993-cü ildə Astara rayonu Burzubənd kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 2005-ci ildə həmin məktəbi bitirmişdir.
2005-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və texnologiya fakültəsinin “Biznesin təşkili və İdarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə bitirmişdir.
2011-ci ilin avqust ayından 2013-cü ilin iyul ayına kimi Astara Poçt Filialında Poçt maliyyə xidmətəri üzrə mühəndis vəzifəsində işləmişdir.
2015-ci ilin mart ayından 2018-ci ilin iyul ayına kimi Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Mühasib vəzifəsində çalışmışdır.
2018-ci il iyul ayından 2023-cü il fevral ayına kimi Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsində işləmişdir.
2024-cü il iyul ayından Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.