Mülki Müdafiə qərargahı

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Mülki Müdafiə qərargahı 21 sentyabr 1999–cu ildə dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmışdır. LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsi üzərinə əsas diqqət, obyektdə baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsinə, mülki müdafiə əmlakının qorunmasına, saxlanmasına, obyektin 1 mərtəbəsinin fövqəladə hallarda işçilərin mühafizəsi üçün sığınacaq kimi istifadə olunmasına, obyektdə işləyən bütün işçilərinin həyatlarının qorunması üzrə görülən tədbirləri gücləndirməkdən ibarətdir. Kollecin müəllim heyəti, işçilər və tələbələrin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə Mülki Müdafiə qüvvələrinin hazırlığına ciddi nəzarət etmək və Mülki Müdafiə qüvvələrinin müasir standartlara cavab verən avadanlıqlarla (kompüter, rabitə və s) təmin olunmasını daim nəzarətdə saxlamaq. Hər il tədbirlər planı hazırlayıb Fövqəladə hallar nazirliyinin Cənub Regional mərkəzi ilə razılaşdırmaqla təsdiq etmək. Kollecdə Mülki Müdafiə (MM) qüvvələrinin rəhbər heyətinin, MM qüvvələrinin və MM qüvvələrinə daxil olmayan işçilərin hazırlığına nəzarət etmək. 1 mart “Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı tədbirin keçirilməsi. Keçirilən tədbir sənədləşdirilir və yekun arayış yazılır. Hər 5 ildən bir Kollecin Mülki Müdafiə planı tərtib edilməli və FHN–nin Lənkəran regional fövqəlada hallar və mülki şöbəsi ilə razılaşdırmaqla hər iki müəssisə rəhbərinin imzası və gerbli möhürlə təsdiq olunmalı. Müfaviq qurum tərəfindən göndərilən məktubla qeyd edilən vəzifə üzrə hər il Kollec əməkdaşlarından bir nəfərini Bakı şəhərinə Mülki Müdafiə kurslarına göndərilməsini təmin etmək. Hər ilin son iş günü və ya yeni ilin ilk iş günü Mülki Müdafiə üzrə müəyyən olunmuş əmrlər verilir, funksional vəzifələr təsdiq edilir. Bu əmrlər təsdiq edildikdən sonra tədris ili ərzində qüvvədə olur. MM–nin təmin edilməsi haqqında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998–ci il tarixi, 193 saylı qərarının tələblərinə və hər il üçün hazırlanmış MM tədbirlər planına əsasən təlim, məşq və məşğələlər həyata keçirmək.

3 aprel 2023–cü il tarixindən LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin Mülki Müdafiə qərargahının rəisi Cəmil Quliyev təyin edilmişdir.

Ünvan: Lənkəran şəhəri, Şirəli Axundov küçəsi 31. Tel:(02525)53059. Faks:(02525)53027.