Pedaqoji təcrübələrin başlanması ilə bağlı konfrans keçirildi
24 noyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin təcrübələrinin başlanması münasibətilə konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri bildirdi ki, bu il kollecin ‘‘İbtidai sinif müəllimliyi‘‘, ‘‘Təsviri incəsənət müəllimliy‘‘, ‘‘Texnologiya müəllimliyi‘‘, ‘‘İnformatika müəllimliyi‘‘, ‘‘Fiziki tərbiyə müəllimliyi‘‘ ixtisasları üzrə təhsil alan sonuncu kurs əyani şöbə tələbələri bu gündən başlayaraq 5 həftəlik müşühidə təcrübəsində iştirak edəcəklər. Bu təcrübələr Lənkəran şəhər 4 və 10 saylı tam orta məktəblərində keçiriləcəkdir. Konfransda təcrübəçi tələbələr, metodist, pedaqoq, psixoloq və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı. Sonda direktor Ruslan Həmidov təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.