Riyaziyyat və texnologiya

Riyaziyyat  və texnologiya

Riyaziyyat və texnologiya FBK-nın sədri və Metodkabinet rəhbəri  Səmədova Mirvari Maşallah qızı. 
Səmədova Mirvari Maşallah qızı 1970-ci il ci il fevralın 14-də Lənkəran şəhərində anadan olub.1978-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbinə daxil olub,1988-ci ildə həmin məktəbi bitirib.1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsində təhsilini davam etdirib.1994-cü ildə təhsilini ,,riyaziyyatçı,riyaziyyat müəllimi”  ixtisası üzrə başa vurub.1995-ci ildə Lənkəran 9 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi işə başlayıb. 1998-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində riyaziyyat müəllimi işləyir.2005-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.2008-ci ildə  təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.Hal- hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecdə müəllim kimi çalışır.2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə”,2008-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı ,,ictimai-siyasi həyatında fəal iştirakına”,2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltiflərlə layiq görülüb.1995-ci ildən ailəlidir.Bir övladı var.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.