22 sentyabr Kollecin məzunu şəhid Elsevər Rakif oğlu Qardaşzadənın anım günüdür

22 sentyabr Kollecin məzunu şəhid Elsevər Rakif oğlu Qardaşzadənın anım günüdür

22 sentyabr Kollecin “Aqronomluq” ixtisasının məzunu şəhid Elsevər Rakif oğlu Qardaşzadənın anım günüdür. Kollecin direktoru Leyla İbrahimova başda olmaqla kollektivi şəhidin qəbrini ziyarət edib, ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Elsevər Rakif oğlu Qardaşzadə 23 fevral 2004-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 2010-2021-ci illərdə Mənsum Əbilov adına Şağlaküçə kənd tam orta məktəbini bitirib. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Aqronomluq” ixtsasına daxil olub. 2022-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb, Qusar istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2023-cü ilin 22 sentyabr tarixində Ağdam istiqamətində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Vətən sağ olsun!

Добавить комментарий