8 Mart Beynəlxalq Qadınlar Günü.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Leyla İbrahimova bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollecin bütün xanım əməkdaşlarını təbrik edib, çıxış edərək bildirdi ki, Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik.Onların zəhməti çox dəyərlidir,əvəzsizdir! Qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar.Tarix boyu Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak edib.
Sonra “İnstrumental ifaçılıq (fortepiano,xalq çalğı alətləri)” FBK-nın müəllimləri və Vokal sənəti (xanəndəlik) ixtisasının tələbələrinin birgə hazırladıqları konsert proqramı təqdim olundu. Məlumat üçün bildirək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollecdə çalışan bütün qadın əməkdaşlara pul mükafatı verilib.