Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artmasından, istehlakçıların sağlamlığının qorunmasından , hüquqlarının müdafiəsi kimi şərtlərdən, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsindən bəhs edərək tələbələrin suallarını cavablandırdılar. Sonda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi” adlı videoçarx nümayiş olundu.